Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Ukraynada həbsdə saxlanan qazi Misir Qasımlının vəkili DANIŞDI

Ukraynada həbsdə saxlanan qazi Misir Qasımlının vəkili DANIŞDI

Xəbər verdiyimiz kimi, II Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı 1 il yeddi aydır ki, Ukraynada həbsdə saxlanır. 19 oktyabr və 20 oktyabr tarixlərində Ukraynada Vətən müharibəsi iştirakçısı Misir Qasımlının məhkəmələri keçiriləcək.

Bunu bir il yeddi aydır Ukraynada həbsdə saxlanan azərbaycanlı qazi, Vətən müharibəsinin iştirakçısı Misir Qasımlının vəkili Aygül Rəfiyeva ”Yeni Gundem”ə açıqlamasında deyib.

“18 may 2021-ci il tarixində seçilmiş həbs qəti imkan tədbirinin uzadılması ilə bağlı məsələyə baxılıb. Kiyev Apellyasiya Məhkəməsi Misir Qasımlının və Sübhan Quliyevin həbsdə saxlanılmasının qanunsuz olduğunu təsdiqləyib. Bu barədə qərar verib.

Buna baxmayaraq, ondan sonrakı prosesdə birinci instansiya məhkəməsi, yəni Obuxov Rayon Məhkəməsi onları həbsdən azad etmədi. Hazırda ayın 19-a növbəti məhkəmə prosesi təyin edilib. Məhkəmədə mahiyyəti üzrə işə baxılacaq. Onların həbsdən azad olunma məsələsi yenidən qaldırılacaq. Ayın 20-də isə seçilmiş həbs qətimkan tədbiri üzrə şikayətə baxılacaq”.

Qeyd edək ki, Ukraynadakı diasporumuzun fəal liderlərindən olan Hikmət Cavadov da məhkəmədə iştirak edib. O, şəxsi zaminliyə götürülmə ilə bağlı məsələ qaldırsa da, təəssüf ki, məhkəmə həmin vəsatəti rədd edib.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …