Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / Şəhriyar Məmmədyarov Aronyanla heç-heçə etdi

Şəhriyar Məmmədyarov Aronyanla heç-heçə etdi

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının birinci mərhələsi olan “Superbet Chess Classic” turnirində sonuncu görüşünü keçirib.

37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın IX turunda ABŞ-ı təmsil edən Levon Aronyanla üz-üzə gəlib.

Qara fiqurlarla oynayan Məmmədyarov 36-cı gedişdə heç-heçəyə razılaşıb və xallarının sayını 3,5-ə çatdırıb. Sonuncu turdakı digər qarşılaşmalar davam edir.

Azərbaycan təmsilçisi I, V və VIII turlarda müvafiq olaraq ABŞ təmsilçiləri Uesli So, Fabiano Karuana və Lenyer Domingesə uduzub.

Təcrübəli şahmatçı II, III, IV və VI turlarda müvafiq olaraq Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa), Boqdan Danyel-Dayak (Rumıniya) və Alireza Firuzca (Fransa) ilə heç-heçə edib, VII turda isə FIDE bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşiyə qalib gəlib.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır. Ötən il baş tutmuş “Superbet Chess Classic” turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …