Ana səhifə / Şou Biznes / “Avroviziya”nın qalibi Ukrayna oldu

“Avroviziya”nın qalibi Ukrayna oldu

Ukrayna İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi olub.

Müsabiqənin finalında 25 ölkənin – Azərbaycan, Çexiya, Rumıniya, Portuqaliya, Finlandiya, İsveçrə, Fransa, Norveç, İtaliya, İspaniya, Niderland, Ukrayna, Almaniya, Litva, Belçika, Yunanıstan, İslandiya, Moldova, İsveç, Avstraliya, Böyük Britaniya, Polşa, Serbiya, Estoniya və Ermənistan təmsilçiləri yarışıb. 


Çıxışlar yekunlaşdıqdan sonra səsvermə başlayıb. Nəticələrə əsasən yarışın qalibi 631 səslə Ukrayna (“Kalush Orchestra” qrupu “Stefania” mahnısı ilə) olub. Azərbaycan Ukraynaya 12 səs verib. Beynəlxalq mahnı müsabiqəsində ikinci yeri Böyük Britaniya, üçüncü yeri isə İspaniya təmsilçisi tutub.


Azərbaycanı bu müsabiqədə təmsil edən Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə 106 xal toplayaraq 16-cı yerdə qərarlaşıb.


Builki yarışmanın şüarı “Gözəlliyin Səsi” (“The Sound of Beauty”) olub. Müsabiqə Avropa Yayım Birliyi (EBU) və yerli “Rai” telekanalının təşkilatçılığı ilə keçirilib.

 Fotoları təqdim edirik

Həmçinin oxuyun

Şəbnəm Tovuzlu 19 il sonra gəlinlik geyindi – VİDEO

Müğənni Şəbnəm Tovuzlu efirə gəlinliklə çıxıb. İfaçı “Tarixin bir günü” verilişinə bu formada qatılıb. O, …