Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / “Qarabağ” Bundesliqanın liderinə minimal hesabla uduzdu

“Qarabağ” Bundesliqanın liderinə minimal hesabla uduzdu

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.
Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsində ilk matçına çıxıb.
Qurban Qurbanovun yetirmələri G qrupunun favoriti, Almaniya Bundesliqasının hazırkı lideri “Frayburq”la qarşılaşıb. Görüş Bundesliqanın liderinin meydanında baş tutub.
Matç erkən qollarla başlayıb. “Frayburq” ilk 15 dəqiqədə iki dəfə “Qarabağ”ın qapısına yol tapıb.
Buraxılan qollardan sonra toparlanmağı bacaran ağdamlılar fasiləyədək fərqi minimuma endirib. Marko Veşoviç almaniyalıları məyus edib.
İkinci hissədə öz oyununu tapan “Qarabağ” məğlubiyyətdən qaçmağa çalışıb. Lakin təmsilçimiz rəqib qapısına hücumları dəqiq zərbə ilə tamamlaya bilməyib. Beləliklə, “Qarabağ” qrup mərhələsinə 1:2 hesablı məğlubiyyətlə start verib.
Qeyd edək ki, qrupun digər görüşündə “Nant” “Olimpiakos”la üz-üzə gəlib. Matç Fransa təmsilçisinin qələbəsi ilə başa çatıb – 2:1.
Avropa Liqası

Qrup mərhələsiG qrupu, I tur
8 sentyabrFrayburq (Almaniya) – Qarabağ (Azərbaycan) 2:1Qollar: Vinçentso Qrifo, 7. Ritsu Doan, 15 – Marko Veşoviç, 39.Frayburq: 26. Mark Flekken, 3. Filip Linhardt 8. Maksimilian Eggeştayn, 18. Nils Petersen 25. Kiliann Sildillia, 27. Nikolas Höfler 28. Mattias Ginter 29. Çon U Yon, 30. Kristian Günter (k), 32. Vinçentso Qrifo, 42. Ritsu Doan.Ehtiyat oyunçular: 1. Benyamin Uphoff, 21. Noah Atubolu, 2. Uqo Sike, 7. Jonatan Şmid, 11. Daniel-Kofi Köreh, 14. Yannik Kaytel, 17. Lukas Kübler, 23. Robert Vaqner, 31. Keven Şlotterbek, 33. Noah Veybhaupt, 34. Merlin Röl, 38. Mixael Qreqoriç.Baş məşqçi: Kristian Ştrayx.Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev (GK) 2. Qara Qarayev (k) 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges. 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev.Ehtiyar oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 6. Julio Roman, 7. Riçard Almeyda, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə.Baş məşqçi: Qurban Qurbanov.Baş hakim: Erik Lambrexts (Belçika).Frayburq. “Europa-Park” stadionu.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …