Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / İdman / Prezident və ailəsi cüdo üzrə dünya çempionatının – Açılışında

Prezident və ailəsi cüdo üzrə dünya çempionatının – Açılışında

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir. 

“Qafqazinfo”nun tədbirdə iştirak edən əməkdaşının məlumatına görə, mərasimdə prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, dövlət və hökumət rəsmiləri iştirak edirlər.

Tədbiri giriş sözü ilə Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev açıb. O, iştirakçıları salamlayıb və hər bir idmançıya uğurlar arzulayıb.

Daha sonra Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer təşkilatçılığa görə Azərbaycana təşəkkür edib.

Prezident İlham Əliyev isə dünya çempionatını açıq elan etdiyini bildirib.

Bundan sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Ardınca tədbirin bədii hissəsi keçirilib. Əvvəlcə, Azərbaycan milli musiqiləri səsləndirilib. Daha sonra tamaşaçılar önünə məşhur italiyalı müğənni Al Bano çıxıb. Bununla da Bakıda sentyabrın 27-dək davam edəcək dünya çempionatı rəsmi olaraq başlayıb.

 





Həmçinin oxuyun

Güləşçilərimiz turnirdə 10 medal qazanıblar

Güləş üzrə Azərbaycan millisi Türkiyənin Antalya şəhərində keçirilən “Çempionlar” turnirini 10 medalla başa vurub. Azərbaycan …