Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Dedilər ki, Damlaya görə başını kəsəcəklər…” – mahnı qalamqalı böyüyür (FOTOLAR)

“Dedilər ki, Damlaya görə başını kəsəcəklər…” – mahnı qalamqalı böyüyür (FOTOLAR)

“Damla ilə özümü gündəmə gətirdiyimi düşünənlər dar və primitiv düşünürlər. 4-5 gün qabaq mənə zəng gəldi ki, sənin başını kəsəcəklər. Damlaya görə mənə hədə-qorxu gəlirlər. Mənə qarşı özbaşınalıq, əxlaqsızlıq edilir. Bu ölkə yiyəsiz deyil. Haqqımı qanunla tələb edəcəyəm”.

Bu sözləri musavat.com-a müsahibəsi zamanı həmkarı Damla ilə qalmaqal yaşayan müğənni İradə Mehri deyib.

O, “Sevmişdim” mahnısının Damla tərəfindən oxunmasını və sonradan yaranan  problemləri bölüşüb: “Mən sənətə qalmaqal niyyəti ilə gəlməmişəm, üzümü tanıtmağa çalışmamışam. İstəmişəm ki, mahnım populyar olsun. Mən ölüb gedəndən sonra insanlar üzümü nə edəcək? Heç kim heç kimə görə tanınmır. Hər kəs əməllərinə, mahnılarına görə sevilir. Mənə ruslar, əcnəbilər qulaq asır.   Dövlət tədbirlərinə, uşaq evlərinə dəvət alıram, canla-başla iştirak edirəm. Bəziləri ancaq pul qazanacağı tədbirlərə gedir”.

– Aranızda ədavət əvvəldən var idi, yoxsa bu mahnı ilə başladı?

– Mahnı mənim sərvətimdir. Kimsə kimsənin mahnısına dəyməməlidir. Oxumaq istəyirdisə, icazə alardı. Mənə hədə-qorxu gəlirlər. Dövlətimə, prezidentimə güvənirəm. Mən qanunlarımıza güvənib, bu ölkədə yaşayıram. Həyatda özünə yer tapa bilməyən insan mənə hədə-qorxu gəlir. Mənim mahnıma dəymək mənə sataşmaq deməkdir. Mən qanundan başqa heç kimdən qorxmuram. Polislə məni qorxudurlar. Polis məni qoruyur, niyə qorxmalıyam? Onlar əxlaqsızlıq ediblər, hər gün “Youtube” kanalıma və “İnstagram” səhifəmə müdaxilə edirlər.

– Damlanın mahnısını “Youtube” kanalından sildirdiniz. Sizin də mahnı silindi…

– Mənim kanalım  qanuni idarə olunur. Üstümə düşürlər ki, 5 milyon izlənən klipi sildirdniz. Mənim mahnım qalsaydı, 1 milyon olacaqdı. Mən heç səsimi çıxartmadım. 3-5 milyon izlənmə söhbəti etmək cılızlıqdır. Mənə 10 nəfər qulaq assın, amma adam kimi adam qulaq assın. Mənim izləyicilərim çox mədəni və aristokratdır. Mən ailəli xanımların məclisinə gedirəm.

– Bayaq dediniz ki, özünüzü deyil, mahnılarınızı tanıtmağa çalışırsınız. Bu qərara gəlməyinizə səbəb nədir?

– Mənim ətrafımda hər zaman aristokrat insanlar olub. Onlar sənətə dəyər veriblər. Ona görə də səsimlə, mahnılarımla tanınmaq istəmişəm. Qalmaqala adımın qarışmasını istəmirdim. Məni sevənlər çoxdur. Onları nə vücuduma, nə geyimimə görə qazanmamışam. Onlar səmimi insanlığımı seviblər. Sosial şəbəkədə  Damlanın fanatları mənə təhqirlər yazır. Onlara cavab vermirəm. işimi qanunla görəcəyəm.

– Telekanallarda sizi az-az görürük. Sizə qarşı qadağa var?

– Telekanallara kifayət qədər dəvət alıram. Bir neçə il öncə bir nəfər mənə zəng elədi ki, səni filan telekanal qara siyahıya atıb. İnanmağım gəlmir. Amma həmin telekanala dəvət almıram.

– Şou-biznesdə özünüzü harada görürsünüz?

– İnsanı 3 şey yüksəyə qaldırır. Sağ əli, o da Nəcəfdir,  yanımdadır. İki jurnalistlərdir. Üçüncü istək, arzudur. Mən qalmaqaldan uzaq qalaraq yüksək pillədəyəm.

– İradə bir xanım olaraq özünü necə xarakterizə edər?

– Bir az dəliyəm. Sözü üzə deyirəm, sözü içimdə saxlaya bilmirəm. Səhvlərimi və düzlərimi hər zaman yadımdan çıxartmıram. Dürüst insanam. Bicliyim yoxdur. mən də belə xanımam.

– Həyatda  nəyi bağışlamazsınız?

– Məni haqsız yerə  səhv çıxaranları bağışlamıram. Səhv özümdə olanda onsuz da özüm üzür istəyirəm.

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …