Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Nihat Kahveci: “Təcrübəmizi azərbaycanlı qardaşlarımızla bölüşəcəyik”

Nihat Kahveci: “Təcrübəmizi azərbaycanlı qardaşlarımızla bölüşəcəyik”

Türkiyənin əfsanəvi futbolçusu Nihat Kahveci “Fərdi inkişaf zirvəsi” seminarı ilə əlaqədar olaraq Bakıda səfərdədir.

Apasport.az saytının məlumatına görə, 41 yaşlı sabiq hücumçu “TRT Spor” kanalının şərhçisi Ərdoğan Arıkanla birlikdə bu gün mətbuat konfransı keçirib.

Kahveci ilk olaraq səfərin məqsədi barədə danışıb: “Səhər İstanbuldan gəldik. Əvvəllər də bura gəlmişəm. Həm futbolçu dönəmində, həm də ötən il. Əla təşkilatçılıq var. Azərbaycan xalqı Avropa Liqasını uğurla təşkil etdi. İndi də “Fərdi inkişaf zirvəsi” ilə əlaqədar səfərdəyik. Təcrübəmizi azərbaycanlı qardaşlarımızla bölüşəcəyik. Hər kəs uğur qazanmaq istəyir. Biz də onlara fikirlərimizlə kömək etməyə çalışacağıq”.

Ərdoğan Arkan isə əfsanəvi futbolçu ilə yan-yana oturmağın həyəcanlı olduğunu deyib: “Nihatın həyatımda özəl yeri var. Karyeram boyu şərh etdiyim ən gözəl qolu o vurub. Qardaş ölkədə əməkdaşlarımla görüşmək də həyəcanlıdır. Gəldiyimiz andan etibarən bizi gözəl qarşıladılar. Sabah da gənc dostlarımızla təcrübəmizi bölüşəcəyik. Hər birimiz öz sahəmizdə yolu necə qət etdiyimizdən danışacağıq. İlk dəfədir Bakıdayam. Çox gözəl şəhərdir. Bakının imici də belədir. Bakıya gəlmək mənim üçün gec oldu. Çox yerdə olmuşam, heç cür bura gəlməmişdim. Gec olsun, güc olmasın”.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …