Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Hakan Şükür: “Gülənin tədbirlərinə Ərdoğanın təyyarəsi ilə gedirdik”+VİDEO

Hakan Şükür: “Gülənin tədbirlərinə Ərdoğanın təyyarəsi ilə gedirdik”+VİDEO

“Dövlətimi, millətimi, bayrağımı, bütün dəyərlərini sevirəm”.

Strateq.az “Euronews”-a istinadla xəbər verir ki, bunu Hakan Şükür bildirib.

Gülən Hərəkatı ilə münasibətlərinə toxunan keçmiş futbolçu deyib: “Mənə qarşı belə bir iddianamə yoxdur. Yalnız qara təbliğat var. İnsanlar “ittiham olunan günahsızlığını isbatlamalıdır” deyirlər”.

Hakan Şükür hərəkatın Türkiyədəki mövcud iqtidar dövründə gücləndiyini, “Camaat”ın təşkil etdiyi tədbirlərə iqtidar üzvləriylə birlikdə qatıldığını, hətta prezident Rəcəb Tayyib Ərdoğanın təyyarəsi ilə səfər etdiklərini vurğulayıb: “Bugünkü prezidentin təyyarəsi ilə Gülən Hərəkatının təşkil etdiyi bəzi proqramlara yollandıq. Bunlar o zaman qanuni idi. Bu gün isə cinayət sayılır. Məni bu proqramlara dəvət etdilər və mən də o vaxtlar məşhur bir sima kimi bu proqramlara qatıldım”.

Mühacirətdə yaşayan Şükür ona qarşı irəli sürülən ittihamları rədd edib.

“Futbola qayıtmaq istəyirəm, məşqçilik etmək istəyirəm”, – deyən sabiq futbolçu ABŞ-da çətin günlər keçirdiyini vurğulayıb.

“Uber” sürücüsü olduğu iddiasına toxunan Hakan Şükür bir müddətdir ingilis dilini öyrənmək üçün “Uber” biznesi ilə məşğul olan bir dostunu müşayiət etdiyini, lakin sürücülük etmədiyini bildirib.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …