Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / “Neftçi”nin sabiq baş məşqçisinin səhhəti haqda açıqlama:”Durumu yaxşı deyil”

“Neftçi”nin sabiq baş məşqçisinin səhhəti haqda açıqlama:”Durumu yaxşı deyil”

“Atamın vəziyyəti ağırlaşıb. Durumu yaxşı deyil”.

Bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin oğlu Rüstəm Hacıyev deyib.

Mərkəzi Klinik Xəstəxanada ürəyindən əməliyyat olunan “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev bir neçə gün öncə “Modern Hospital”a köçürülüb. “Ağ-qaralar”ı Avropa Liqasının qrup mərhələsinə çıxararaq, Azərbaycan futbolunda ilkə imza atmış mütəxəssisin durumunun getdikcə yaxşılaşacağı güman edilsə də, əksinə olub. Belə ki, təcrübəli məşqçinin vəziyyəti gündən-günə ağırlaşır.

Atasının durumu haqda danışan Rüstəm bunları deyib: “Həkimlər ümidverici bir söz demirlər. Əvvəlki günlərlə müqayisədə atamın vəziyyəti pisləşib. Durumunun ağırlaşması həm ürəyi ilə, həm də beynindəki şişlə əlaqədardı”.

Qeyd edək ki, fevralın 7-də infarkt keçirən Böyükağa Hacıyev təcili əməliyyata alınaraq, ürəyinə stend qoyulub.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …