Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / Naxçıvana 3 milyon manat ayrılıb – SƏRƏNCAM

Naxçıvana 3 milyon manat ayrılıb – SƏRƏNCAM

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Ölkədə qeyri-neft sektorunun vacib tərkib hissəsi kimi aqrar sahənin inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir. Belə ki, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair çoxşaxəli tədbirlər görülür, ərzaq və qida təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sektorun inkişafına yönələn mühüm layihələr həyata keçirilir. Yeni qurulan və müasir avadanlıqla təchiz edilmiş infrastruktur, o cümlədən heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə yaradılan süni mayalanma mərkəzləri heyvandarlığın inkişafında mühüm rol oynamaqdadır.

Sərəncamda qeyd edilir ki, mal-qaranın cins tərkibinin yaxşılaşdırilması üçün süni mayalanma tədbirlərinin həyata keçirilməsinin vacibliyini nəzərə alaraq, Süni Mayalanma Mərkəzinin yaradılması işlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.2-ci yarımbəndində göstərilmiş məbləğin 3 milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılsın.

Azərbaycan Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Azinforum.az

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …