Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / İdman / Macarıstanlı futbolçu: “Azərbaycan yığmasının qolu hesaba alınmayanda ürəyimdən daş düşdü”

Macarıstanlı futbolçu: “Azərbaycan yığmasının qolu hesaba alınmayanda ürəyimdən daş düşdü”

“Xorvatiyaya məğlub olduqdan sonra hər kəslə çox danışmaq məcburiyyətində qaldıq. Azərbaycanla oyundan iki gün əvvəl zehni hazırlıq keçdik. 0:3 hesablı məğlubiyyətdən sonra özümüzü toparlamağa çalışdıq, çünki qələbə qazanmağa məcbur idik. 15 min uşağın qarşısında oynayırdıq”.

“Report” xəbər verir ki, bu fikirləri “M4 Sport”a açıqlamasında Macarıstan millisinin futbolçusu Botond Barat Azərbaycanı 1:0 hesabı ilə məğlub etdikləri AVRO-2020-nin seçmə oyunundan sonra deyib.

27 yaşlı müdafiəçi komanda yoldaşı Mihay Korhutun həmin görüşdə qol vurmasına sevindiyini söyləyib: “Kiminsə fərqlənəcəyini gözləyirdim, amma məhz onun belə qol vuracağını düşünmədim. Təşəbbüsü tez ələ aldıq, sonra bir çox qol epizodunu boşa verdik. 3 xal qazanacaq qədər şanslı idik. Azərbaycan yığmasının qolu hesaba alınmayanda sanki ürəyimdən böyük daş düşdü. Oyun ərzində qələbə qazanmaq və son dəqiqədə vacib xalları əldən vermək bizim üçün pis olardı. Amma nə yaxşı ki, bu, keçmişdə qaldı”.

Macarıstanlı futbolçu növbəti turda Uelslə oynayacaqları qarşılaşma barədə də fikirlərini bölüşüb: “Təkcə 90 dəqiqəyə köklənməli deyilik. Hər şeyə önəm verməliyik. Uelslə matça hazırlaşmalı və final mərhələsi üçün hər şey etməliyik. Qarşıda bizi çətin oyun gözləyir”.

Qeyd edək ki, Macarıstan yığmasının Azərbaycan millisini 1:0 hesabı ilə məğlub etdiyi oyunun baş hakimi Dennis Higler 90+4-cü dəqiqədə Bəhlul Mustafazadənin təmiz qolunu saymayıb. Hollandiyalı referi qarşılaşmadan sonra səhvinə görə üzr istəyib.

Həmçinin oxuyun

Güləşçilərimiz turnirdə 10 medal qazanıblar

Güləş üzrə Azərbaycan millisi Türkiyənin Antalya şəhərində keçirilən “Çempionlar” turnirini 10 medalla başa vurub. Azərbaycan …