Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / İdman / Azərbaycan millisi böyük hesabla uduzub

Azərbaycan millisi böyük hesabla uduzub

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

APA-nın məlumatına görə, Zamir Həsənovun baş məşqçisi olduğu yığma oyunları Farer adalarında keçirilən 5-ci qrupda ilk qarşılaşmasına çıxıb.

Milli Sloveniya yığması ilə üz-üzə gəlib. Balkanlılar görüşün ilk 20 dəqiqəsində üç qol vurublar. Manca Suhoversnik 13, 19 və 20-ci dəqiqələrdəki qollarla het-trikə imza atıb. 45+2-ci dəqiqədə isə Selma Sabotiç penaltini qaçırmaqla fərqi artırmaq imkanını əldən verib.

Yığmamız isə ilk 45 dəqiqədə iki qırmızı vərəqə ilə “fərqlənib”. Milena Rəhimova 44-cü, Aysun Muradova 45+4-cü dəqiqədə meydandan uzaqlaşdırılıb. Oyunun sonlarında milli daha üç qol buraxıb. Əvvəl Nina Kayzba penalti zərbəsi ilə fərqi 4 topa çatdırıb. Selma Sabotiç və Nina Melenin qolları ilə darmadağın 6:0-a çatıb.

Qeyd edək ki, yığmamız oktyabrın 20-də Norveçlə qarşılaşacaq.

Həmçinin oxuyun

Güləşçilərimiz turnirdə 10 medal qazanıblar

Güləş üzrə Azərbaycan millisi Türkiyənin Antalya şəhərində keçirilən “Çempionlar” turnirini 10 medalla başa vurub. Azərbaycan …