Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Klublarımız rəqibləri ilə bacaracaqmı?

Klublarımız rəqibləri ilə bacaracaqmı?

Xəbər veridiyimiz kimi klublarımızın ÇL və AL-nın təsnifat mərhələlərindəki rəqibləri və potensial rəqibləri artıq məlumdur. Belə ki ÇL-nın birinci təsnifat mərhələsində “Qarabağ” Albaniyanın “Partizani” klubuna rəqib olub. Ölkəmizi AL-da təmsil edən “Səbail” və “Neftçi” birinci təsnifat mərhələsində müvafiq olaraq “Krayova” və “Sperantsa” ilə qarşılaşacaqlar.

Rəqiblərimizi dəyərləndirən idman jurnalisti Elçin Cəlilov “Yeni Sabah”a bildirib ki, indiyədək püşkün klublarımıza bu qədər rahat rəqiblər saldığını görməmişdim”.

“Bu, “Qarabağ” və “Qəbələ”nin son illər qrup mərhələsinə yüksəlməsinə görə ölkə adına gələn xallara görədir.  Amma getdikcə çempionatımızın səviyyəsi düşür deyə, rəqiblərin zəif olması arxayınlığa səbəb olmamalıdır. “Qarabağ”ın “Partizani”ni rahat keçəcəyini niyə düşünək? Bir neçə il əvvəl “Neftçi”nin Albaniya klubunda “ilişdiyini” unutmamalıyıq. Aqressiv futbol oynayan klublardır. “Səbail”ə potensial rəqiblər içində ən arzulanmazı düşüb. Dua eləmək qalır.

“Neftçi” isə rahatlıq oldu, ya olmadı – “Speranta”nı keçməlidir. Bu komandalara növbəti mərhələdə düşəcək rəqiblər də keçiləsidir. Lakin təkrar vurğulamağa dəyəri, çempionatımızın səviyyəsi düşüb deyə, rahatlanmaq olmaz”.


Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …