Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Bakıda qız şirkətə CV verdi – Bu şəkli göndərdilər

Bakıda qız şirkətə CV verdi – Bu şəkli göndərdilər

Bakıda avtomobil servis şirkəti iş üçün müraciət edən xanımdan tələb etdiyi ətək ölçüsü ilə sosial şəbəkədə müzakirəyə səbəb olub.

Bu barədə məlumatı jurnalist Xədicə İsmayıl paylaşıb. O bildirib ki, universitet məzunu iş axtardığı üçün CV-ni elan saytına yerləşdirib. Ona “Mayson Car Club” adlı avto-servis məktub yazaraq şəkillərini istəyib.

Bundan başqa, şirkət ona “dress-code” göndərib. Həmin “dress-code”a əsasən ancaq qısa ətəkli xanımlar işə götürülür.

Məsələ ilə bağlı sözügedən şirkətdən bildirilb ki, adminstrator vakansiyası üzrə tələb olunan şərtlərində qanuna və əxlaqa zidd hər hansı bir uyğunsuzluq yoxdur:

“Bizim üçün hər bir əməkdaşımız dəyərlidir! Onu da bildirmək istəyirik ki, qadınlara qarşı aparılan “alçatma”, “ayrıseçkilik” və qanunsuz aparılan tədbirlərin əleyhinəyik. “Mayson Car Club” olaraq adminstrator vakansiyası üzrə tələb olunan şərtlərində qanuna və əxlaqa zidd hər hansı bir uyğunsuzluq yoxdur. Vakansiyaya müraciət edən namizədlərə vəzifə üzrə qeyd olunan şərtlər haqqında məlumatlar verilir və razı olduğu təqdirdə müsahibəyə çağrılır”. Qafqazinfo

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …