Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / İclasda polis iştirak etmədiyinə görə Azərbaycan klubu cərimələnib

İclasda polis iştirak etmədiyinə görə Azərbaycan klubu cərimələnib

AFFA İntizam Komitəsi I divizionun “Zaqatala” – “Neftçi-2” matçında stadionda radio məlumat olmadığına görə bölgə klubunu cərimələyib.

Zaqatala klubuna 160 manat cərimə verilib.

“Sabah-2” – “Qarabağ-2” matçı isə qonaq komanda üzündən beş dəqiqə gec başladığına görə Ağdam klubu 240 manat cərimələnib.

“Turan Tovuz” – “Səbail-2” matçında meydan sahibi klub xərcə düşüb. Belə ki, oyunöncəsi iclasda polis iştirak etmədiyinə görə “Turan Tovuz” klubu 80 manat cərimə olunub. (oxu.az)

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …