Ana səhifə / Siyasət / Norveçin Azərbaycandakı səfirliyi mayın 16-da bağlanır

Norveçin Azərbaycandakı səfirliyi mayın 16-da bağlanır

Norveçin Azərbaycandakı səfirliyi may ayının 17-dən fəaliyyətini dayandırır.

“Mayın 16-sı səfirliyin fəaliyyət göstərəcəyi son gün olacaq. Mayın 20-dən etibarən Azərbaycanla bağlı məsələlərlə Norveçin Ankaradakı səfirliyi məşğul olacaq”, – deyə səfirlikdən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.

Qeyd edək ki, Norveçin Azərbaycandakı səfirliyinin bağlanması qərarı 2018-ci ilin noyabr ayında elan olunub. “Norveçin Bakıdakı səfirliyini bağlaması qərarı təəssüf hissi doğurur, lakin bu, Norveç hökumətinin qərarıdır”, – deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …