Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Futbol tarixinin ən çox qazanan oyunçusu oldu

Futbol tarixinin ən çox qazanan oyunçusu oldu

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna transfer olunan Kriştiano Ronaldo futbol tarixinin ən çox qazanan futbolçusu olub.
Portuqaliyalı ulduzun illik gəliri 200 milyon avro təşkil edəcək. Ronaldo bu məbləğin 75 milyonunu futbolçu kimi qazanacaq. Qalan 125 milyon avro isə kommersiya haqları və Səudiyyə Ərəbistanının futbol səfiri qismində ödəniləcək.
İndiyədək heç bir futbolçu bir ildə bu qədər qazanmayıb.

Bu arada 37 yaşlı futbolçu transferindən danışıb. Ronaldo özünü yeni liqada, başqa ölkədə sınamağı səbirsizliklə gözlədiyini bildirib: “Əl-Nəsr”in baxışı məni çox ruhlandırır. Mən yeni tərəfdaşlarımın sırasına qoşulduğum üçün xoşbəxtəm. Bir birlikdə komandaya yeni uğurlar qazanmağa kömək edə biləcəyik”.
Qeyd edək ki, Ronaldo “Əl-Nəsr”lə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb. Portuqaliyalı indiyədək vətənində “Sportinq”, İngiltərədə “Mançester Yunayted” (iki dəfə), İspaniyada “Real” və İtaliyada “Yuventus” klublarında forma geyinib.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …