Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Şagirdlər məktəbdən çıxarıla bilərmi?- “Hətta şagird hamilə qalıbsa…”

Şagirdlər məktəbdən çıxarıla bilərmi?- “Hətta şagird hamilə qalıbsa…”

Son zamanlar şagirdlərin davranışı ilə bağlı sosial şəbəkələrdə müzakirələr bitmir. 

Müəllim-şagird münasibətləri, şagirdlərin öz məktəb yoldaşları ilə davranışı, təhsil müəssisələrinin qayda-qanunlarına uymaması valideyn və müəllimləri narahat edən məsələyə çevrilib. Elm və Təhsil Nazirliyinin məlumatına göər, gələn ildən məktəblərdə yeni şagird davranış qaydaları tətbiq ediləcək. Bildirilib ki, nazirlik “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” layihələri hazırlanıb. Hər iki sənəd hazırlanarkən şagirdlər, müəllimlər, o cümlədən valideynlər arasında keçirilən sorğuların nəticələri nəzərə alınıb, beynəlxalq və özəl təhsil müəssisələrinin təcrübələri araşdırılıb. Sənədlərin hazırlanması prosesinə təcrübəli məktəb direktorları və müəllimlər, özəl təhsil müəssisələrinin nümayəndələri, yerli və beynəlxalq mütəxəssislər cəlb olunublar. 

Maraqlıdır, təhsilalan, yəni şagird hansı halda məktəbdən xaric oluna bilər? 

Bu barədə Cebhe.info-ya danışan Kamran Əsədov bildirib ki, şagird heç bir halda məktəbdən azad oluna bilməz: 

“Şagirdlərin sinifdən-sinfə keçməsi qaydalarına görə, şagird heç bir halda məktəbdən azad edilə bilməz. Bu, ibtidai siniflərə aiddir. Şagirdlər o halda sinifdə saxlanılr ki, o, uzun müddət dərs prosesindən kənarda qalır. Şagirdin məktəbdən xaric edilməsi mümkün deyil. Çünki hər kəsin təhsil almaq hüququ var və bu hüquq heç bir halda məhdudlaşdırıla bilməz. Heç kimə də bunu etməyə ixtiyar verilmir. Şagird məktəbin daxili nizam-intizam qaydalarını pozubsa, bununla bağlı müəyyən addımlar atıla bilər. Yəni şagirdin sinfinin dəyişdirilməsi, valideynlə söhbət və s. Əgər şagird cinayət törədibsə, o zaman cinayət məsuliyyətinə cəlb edilir, onda belə islah düşərgələrində, cəzaçəkmə müəssisələrində təhsilalma hüququ bərpa olunur”. 

Ekspert müəyyən hallarda təhsilin formasının dəyişdirilməsinin mümkün olduğunu vurğulayıb: 

“Azərbaycanda təhsil icbaridir. 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda, eyni zamanda, konstitusiyada, 2011-ci ildə “Ümumtəhsil məktəblərin Nümunəvi Nizamnaməsi”ndə və digər qanunvericilik aktlarında, tərəfdaş çıxdığımız beynəlxalq konvensiyalarda qeyd olunur ki, hər kəsin təhsil almaq hüququ var və bu, heç bir halda məhdudlaşdırıla bilməz. Bizim təcrübədə valideynlərin övladlarını təhsildən yayındırmaq istəyinə dair faktlar var. Bu, fərdi qərardır. Ona belə cəza var. Azərbaycanda təhsil qeyd etdiyim qanunvericilik toplularına görə, icbari, yəni məcburidir. Hər kəs I sinidən IX sinfə qədər fiizki durumu imkan verirsə, mütləq məktəbdə təhsilə cəlb edilir, təhsil alır. Əgər şagirdin psixi və fiziki vəziyyəti imkan vermirsə, o zaman alternativ, evdə təhsil, fərdi təhsil tətbiq edilir. Şagird ən ağır cinayət törədəndə belə onun təhsilalma hüququ məhdudlaşdırılmır. Bütün hallarda onun forması dəyişdirilə bilər”. 

O, son zamanlar məktəblərdə yaşanan neqativ hallara da münasibət bildirib. Qeyd edib ki, əgər şagird, məsələn, hamilə qalıbsa, evdə təhsilini davam etdirməlidir: 

“Bəzən belə neqativ hallar yaşanır. Əgər məktəbyaşlı qız hamilə qalırsa, məktəbdən xaric olunmur, digər təhsilalma növünə cəlb edilir. Belə hallar var, amma onun hamilə qalması onun təhsilalma hüququnu məhdudlaşdırmır. Hətta müharibə şəraitində belə insanların təhsilalama hüquqları qüvvədə qalır”. 

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …