Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / Cüdoçularımız “Böyük dəbilqə” turnirinin ilk gününü 2 medalla başa vurdular

Cüdoçularımız “Böyük dəbilqə” turnirinin ilk gününü 2 medalla başa vurdular

Azərbaycan cüdoçusu Ruslan Paşayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb.

Belə ki, 66 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız üçüncü yer uğrunda görüşdə italiyalı Matteo Pirasa qalib gəlib.

Daha əvvəl Balabəy Ağayev (60 kiloqram) yarışda üçüncü yeri tutub. Bununla da Azərbaycanın cüdo millisi “Böyük dəbilqə”nin ilk gününü iki medalla başa vurub.

Bu gün mübarizəyə qoşulan yığmanın digər 6 üzvü mükafatçılar sırasına düşə bilməyib.

Qeyd edək ki, Azərbaycan yarışda 9 çəki dərəsində 11 kişi və 4 qadın cüdoçu ilə təmsil olunur.

Turnir martın 24-dək davam edəcək./Azertag/

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …