Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Ermənilərin xəsarət yetirdiyi azərbaycanlıya bu xanım yardım edib – Fotolar

Ermənilərin xəsarət yetirdiyi azərbaycanlıya bu xanım yardım edib – Fotolar

Azərbaycanlılar Los-Ancellesdə ermənilərə qarşı mitinqə çıxanda İrina da ora gəlib.

İrina Sklyarenko Los-Ancelesdə yaşayır. Azərbaycanlılar ermənilərə qarşı mitinqə çıxanda İrina da ora gəlib. Erməni tərəfindən ciddi xəsarət alan azərbaycanlını xəstəxanaya aparıb sığorta xərclərini ödəyib. Düzdü daha sonra başqa bir soydaşımız onun borcunu qaytarıb.

İrina o meydana sadəcə dost olduğu üçün gəlib. Hamı kimi şüar səsləndirib. Axıra kimi də vəhşi erməni kütləsinin qarşısında tab gətirib. 50 nəfər azərbaycanlıya 3000 vəhşi erməni ordusu hücum edəndə bizim yanımızda olub.

Qeyd edək ki, Los-Ancelesdə yaşayan erməni daşnakları 21 iyulda Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun binasını əhatəyə alaraq, ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər. Ancaq onların gözləmədikləri halda, Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri yüzlərlə ermənin qarşısına çıxaraq, onların bu təxribatına mane olublar.

Ermənilərin fitnəkarlığı nəticəsində biri qadın olmaqla, yeddi nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlardan dördü xəstəxanaya aparılıb.(365.az)

Ermənilərin xəsarət yetirdiyi azərbaycanlıya bu xanım yardım edib  - Fotolar
Ermənilərin xəsarət yetirdiyi azərbaycanlıya bu xanım yardım edib  - Fotolar
Ermənilərin xəsarət yetirdiyi azərbaycanlıya bu xanım yardım edib  - Fotolar

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …