Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında Bolqarıstanı məğlub edib

Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında Bolqarıstanı məğlub edib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununa çıxıb.

“Report”un məlumatına görə, A qrupunda yer alan yığma Bolqarıstanla üz-üzə gəlib.

Voleybol Mərkəzində baş tutan qarşılaşma Faiq Qarayevin yetirmələrinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun digər oyununda isə Ukrayna Portuqaliyanı sınağa çəkib. Ukrayna bu görüşdə rəqibini 3:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, bu nəticədən sonra aktivində 9 xalı olan Azərbaycan yığması turnir cədvəlində Bolqarıstanla birlikdə 1-2-ci yerləri bölüşdürür. Ukraynanın 6 xalı olduğu halda, Portuqaliya hələ də xal qazanmayıb.

Qızıl Avropa Liqası

A qrupu

IV tur

30 may

18:00. Azərbaycan – Bolqarıstan 3:1 (25:20, 23:25, 25:21, 25:21)

Hakimlər: Kristian Volf (İsveçrə), Eldar Zülfüqarov (Azərbaycan)

Bakı, Voleybol Mərkəzi

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …