Ana səhifə / Sosial / Təhsilimizi, gələcəyimizi, inkişafımızı belə müəllimlərə etibar edirik? – ŞƏRH

Təhsilimizi, gələcəyimizi, inkişafımızı belə müəllimlərə etibar edirik? – ŞƏRH

“Müəllimlərimiz bizi nəticələri ilə təəssüf və təəccübləndirməkdə davam edir.Bildiyiniz kimi, 26 maydan Təhsil Nazirliyi orta məktəbdə çalışan müəllimlərin diaqnostik imtahanını keçirir. 29 may tarixində keçirilən imtahanlarda riyaziyyat, musiqi, alman dili, fransız dili müəllimləri və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edib”.

Bu barədə təhsil eksperti Kamran Əsədov öz facebook səhifəsində qeyd edib.

O bildirib ki, 2 nəfər müəllim qaydaları pozduğu üçün imtahandan kənarlaşdırılmış və nəticələri ləğv olunub. Onların hər ikisi qulaqcıqdan istifadə etməklə telefonla danışaraq sualları cavablandırmağa cəhd edib. Onlar Bakı şəhərində yerləşən eyni məktəbin müəllimləridir.

“Bundan əlavə, bir nəfər gənc xanım öz anasının əvəzinə imtahana girməyə cəhd edib. Səbəbini soruşduqda isə bu həkətini anasının gələ bilmədiyini, onun yerinə səlahiyyətli nümayəndə kimi imtahana qatılmaq istədiyi bildirib. Təbii ki, həmin gənc xanımın “səlahiyyətli nümayəndə” qismində imtahanda iştirakına icazə verilməyib”- deyə Əsədov qeyd edib.

Ekspertin sözlrinə görə, 60 balı Bakıdakı orta məktəblərdən birinin riyaziyyat müəllimi toplaya bilib. Yəni 20 min müəllimin içərisində cəmi bir nəfər.

“29 may tarixində keçirilmiş imtahanlar zamanı qeydə alınan ən aşağı nəticə 2 bal olub. 55 nəfər 10 baldan aşağı nəticə göstərib. Lakin təəssüflə qeyd olunmalıdır ki, imtahan iştirakçıları bir sıra hallarda etimadın zəifləməsi üçün var gücü ilə çalışırlar. İmtahan zamanı iştirakçıların öz aralarında söhbət etməsi, nəzarətçiləri təhqir etməsi, onlara rüşvət təklif etməsi hallarına tez-tez rast gəlinməyə başlanıb”- deyə ekspert qeyd edib.

Kamran Əsədovun fikrincə, bu onu göstərir ki, təhsil sistemində aparılan islahatlara laiq olmayan, təsadüfi şəxslər hələdə orta məktəblərdə çalışır. Onlar müəllimdir, hər addımında nümunə olmalı olan şəxslər, çalışıb qənaətbəxş nəticə əldə etmək yerinə, 17 yaşlı abituriyent kimi qaydaları pozmaqla, hansısa formada və yolla nəyəsə nail olmaq istəyirlər.

Biz təhsilimizi, gələcəyimizi, inkişafımızı belə müəllimlərəmi etibar edirik, ümid edirik?

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …