Məşhur türk professorlardan biri olan Bahadır Baykal yuxusuzluğun əsəbilik və yorğunluq kimi problemlərə səbəb olduğunu açıqlayıb.
İnsanlar arasında dayanmadan artan yuxusuzluq problemi bir çox xəstəliyə səbəb olmaqla yanaşı, həyat səviyyəsini də aşağı salır. Bir çox hallarda yuxusuzluq depressiyaya da səbəb olur. Ürək xəstəlikləri, mədə problemləri, iflic və infarktın bir çox hallarda səbəbi yuxusuzluqdur. Yuxusuzluğu müalicəsi isə bu xəstəliklərin aradan qaldırılmasına kömək edir.