Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Xədicə İsmayılın xaricdən ard-arda aldığı “mükafatların” şok sirri… – Müdhiş korrupsiya və vergidən yayınma

Xədicə İsmayılın xaricdən ard-arda aldığı “mükafatların” şok sirri… – Müdhiş korrupsiya və vergidən yayınma

Jurnalist Xədicə İsmayılın son günlər xarici ölkələrdə bağlı olduğu dairələrdən ard-arda mükafatlar almasının sirri bəlli olub. 

Avropa.info-nun diplomatik korpusa yaxın olan mənbələrdən əldə etdiyi məlumata görə, Xədicə İsmayıla verilən mükafatlar əslində mükafat deyil, qarant layihələridir.

Mənbənin sözlərinə görə, Azərbaycan hökumətinin son illər qarant layihələri ilə bağlı qanunlara xüsusi diqqət etməsi xarici dairələri qrant pullarını “mükafat” şəklində göndərməyə vadar edib.

“Hökumət son dövrlər xaricdən transfer olunan qrant pullarının hansı sahələrə xərclənməsi məsələsini ciddi nəzarətə götürüb. Məhz bu səbəbdəndir ki, xarici dairələr Xədicə İsmayıla və onun tövsiyyə etdiyi şəxslərə qarant pullarını artıq mükafat şəklində verir. Xədicənin son günlər aldığı ard arda iki mükafat, alternativ Nobel mükafatı sayılan “Right-Livelihood-Award” (Dürüst Həyat Mükafatı) və “Allard” mükafatı əslində qarant layihələridir. “Fritt Ord” Fondunun Azərbaycan adına “meydan tv” -yə verdiyi mükafat da əslində qarant layihəsidir və bu qarant layihəsinin meydan tv-yə verilməsi də Xədicənin vasitəçiliyi ilə baş tutub. Əslində, Xədicə qrantı mükafat adı ilə almaqla vergiyə ödəməli olduğu xeyli miqdarda pulu dövlətdən gizlətməyə çalışır” -deyə mənbəmiz qeyd edir.

Mənbənin bildirdiyinə görə, hazırda Xədicə İsmayılla Əli Kərimli düşərgəsi və bəzi müxalif jurnalistlər arasında “sərin küləklər” əsməkdədir.

“Xədicə İsmayıl xaricdə bağlı olduğu şəxslərə müxtəlif adamlardan donos göndərir. Bəzi hallarda isə müxalif jurnalistləri, QHT sektorunda olan müxalif şəxsləri xaricdəki havadarlarına yazacağı ilə hədələyərək, onların imzalarından da faydalanır. Bir neçə dəfə bu yolla hazırladığı “siyasi məhbus” siyahısına imza atdırıb. Xaricdən qrant ala bilməyəcəyindən ehtiyyat edən müxalifətçilər Xədicə ilə münasibətlərini yaxşı saxlamağa çalışırlar. Xədicə onları təhqir etsə belə, ona cavab vermir, sosial şəbəkələrdə onu müdafiə edirlər. Xədicə müxalif düşərgədə olan bəzi gəncləri məhz pulla ələ alaraq, onlardan sosial şəbəkələrdə istifadə edir, həm də xarici dairələr qarşısında müxalifətçi gənclər tərəfindən dəstəkləndiyi görüntüsü yaradır. Son günlər Əli Kərimli düşərgəsi və bəzi müxalif jurnalistlərin Xədicə İsmayıl arasında olan narazılıqların səbəbi də məhz qrant pulları ilə bağlıdır” – mənbəmiz belə deyir.

Qeyd edək ki, iki gün öncə jurnalist Hafiz Babalı Xədicə İsmayıla ard -arda “mükafat”ların verilməsinə etiraz etmişdi.

Hafiz Babalı facebook-da yazdığı statusunda Xədicə İsmayıla verilən mükafatların əslində jurnalistikada olan xidmətlərinə görə deyil, xaricdə olan dostlarının dəstəyi ilə aldığını demişdi. Xədicə İsmayılın özünün korrupsiya ilə məşğul olduğunu qeyd edən Babalı, onun jurnalistika qarşısında bir çəpər olduğunu bildirmişdi.

Müzakirələrə qoşulan Xədicə əvvəlcə xislətinə yad bir şəkildə Hafiz Babalıya mükafat almaqda yardımçı olacağını(? :red)  vəd etsə də, jurnalist buna sərt reaksiya vermişdi.

“Əziz Xədicə, mən mükafat xəstəsi deyiləm. Yazdıqlarıma görə də az, cox qonararımı alıram. Mənə bəs edir. Sadəcə, dostlarına arada de ki, Azərbaycanda başqa cəsarətli jurnalistlər də var. Bunu etmirsən. Mənim tanıdılmağım üçün isə heç nə etməməyini xahiş edirəm”.

Bundan sonra, əsl üzünü göstərən Xədicə, Hafiz Babalını və digər müxalif jurnalistləri qorxaqlıqda ittiham edərək, onları “başdanxarab” adlandırmışdı.

“Mən iş yerimdə problemlər başlayan kimi, hədəfə düşən kimi ölkədən çıxıb getsəydim, yaxud imzamı yazılara qoymaqdan çəkinsəydim, yəqin heç yerdə tanınmazdım”.

Lakin Hafiz Babalı da Xədicəyə tutarlı cavab vermişdi :  “Mənim bu statusumda vermək istədiyim əsas mesajı da tutmamış deyilsən: sən bilərəkdən, ya bilməyərəkdən mübariz jurnalistikanın qarşısında mayak deyil, bir çəpərsən. Xətrinə dəysə də, də dəyməsə də, reallıq budur.”

Fizulu Dehqanini adlı şəxsin  “Fritt Ord Fondunun Azərbaycan adına “Meydam TV” -yə mükafat verməsi düz mütənasibliyi pozur” deməsi isə qalmaqalı daha da böyütmüşdü :“Burda həyatı təhlükə altında fəaliyyət göstərən jurnalistlər daha layiq idi o mükafata. Nəinki Almaniyada rahat jurnalistika ilə məşğul olanlar”.

Müzakirələrin qızışması ilə Xədicə İsmayıl həmikarları haqqında təhqirləri sıralayaraq, onları “qorxaq”, “başdanxarab” adlandırmışdı.

Müzakirəni Hafiz Babalı hamını bildiyi həqiqəti açıq şəkildə yazmaqla bitirmişdi.

“Xədicəyə paxıllıq və qibtə etmirəm. Sıradan jurnalistdir. Sadəcə, sizin kimi dəstəkçisi çoxdur”.

PS. Müzakirələrdən də sezmək mümkündür ki, dava “mükafat” davası deyil, qrant pullarının bölüşdürülməsi ilə bağlıdır.

AVROPA.info

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …