Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşlarına QHT-lərdən SƏRT ETİRAZ – BƏYANA

Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşlarına QHT-lərdən SƏRT ETİRAZ – BƏYANA

Sentyabrın 22-də bir qrup Türkiyə vətəndaşının Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etməsi ölkəmizdə sərt etirazlara səbəb olub. 

Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lər hadisəylə bağlı etiraz bəyanatı veriblər.

Musavat.com-a daxil olan həmin bəyanatı təqdim edirik:

22 sentyabr tarixində bir qrup Türkiyə vətəndaşı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib. Ölkəmizə qarşı açıq-aşkar sayğısızlıq edən Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu barəsində Azərbaycanın Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.

Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq mühafizə orqanlarına müraciət edilib. Bu səfər həm Azərbaycan, həm də Türkiyə xarici siyasət idarələri tərəfindən pislənilib.

Biz də qeyri-hökumət təşkilatları olaraq onların qanunsuz hərəkətlərini qətiyyətlə pisləyirik. Bu şəxslərin keçmişinə baxdıqda onların erməni sevgisinin yeni olmadığı, daim fəaliyyətlərində anti-türk, anti-Azərbaycan addımların üstünlük təşkil etdiyini görmək mümkündür. Lakin sonuncu addımları ilə onlar Azərbaycan dövlətinə, onun ərazi bütövlüyünə qarşı sayğısızlıq göstərmiş, rəsmi Bakının razılığı olmadan sərhədləri keçmişlər. Hesab edirik ki, rəsmi qurumlarımızın həmin şəxslər haqqında cinayət işinin başlanması ilə bağlı qərarı doğrudur və bunu dəstəkləyirik. Biz bundan sonra da bu istiqamətdə həm Azərbaycanda, həm də Türkiyədə rəsmi qurumların verəcəyi qərarlara ictimai dəstəyimizi, ictimai sektor olaraq etirazlarımızı davam etdirəcək, gedişatla bağlı cəmiyyəti məlumatlandıracağıq.

“Hilal” İctimai Birliyi,
“Müasir İnkişaf” İctimai Birliyi,
“Türk Dünyası İnfo” İctimai Birliyi,
“Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyi,
“Gənclərin Töhfəsi” İctimai Birliyi,
“İqtisadiyyat və Hüquq” İctimai Birliyi,
“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu,
“Gənclərə qayğı” İctimai Birliyi,
“İctimai və siyasi tədqiqatlar” İctimai Birliyi
“Gələcək” İntellektual inkişafa yardım İctimai Birliyi,
“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi,
“Gəncliyə dəstək” İctimai Birliyi,
“Gələcək və İnkişaf” İctimai Birliyi,
“Milli-Mənəvi Dəyərlərin Təbliği” İctimai Birliyi

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …