Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Gündəm / Vidadi Zeynalovun oğlu ilə bankir kürəkəninin şirkəti haqda sənədlər yayıldı

Vidadi Zeynalovun oğlu ilə bankir kürəkəninin şirkəti haqda sənədlər yayıldı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov azadlığa çıxdıqdan sonra Şamaxıdakı restoran işlətməsi haqda açıqlaması cəmiyyətdə böyük marağa səbəb olub.
Mia.az xatırladır ki, o, açıqlamasında Şamaxıda “Məlhəm” adlı restoranı işlətdiyini bildirərək, həıyat yoldaşı ilə özünün işin  başında durduğunu bəyan edib: “Həyat yoldaşım restoranda aşbazların başında durur, mən isə ümumi nəzarətçi işləyirəm. Bununla belə, restoranın həyətində toyuq-cücə də saxlayıram”.
Vidadi Zeynalov bu addımı atmasına səbəb kimi, imkanın aşağı olmasını göstərib: “Acından ölən deyiləm ki? Taxıl da əkirəm”.
Yeri gəlmişkən, dünən adıçəkilən “Məltəm” restoranından Mia.az-a zəng olunub. Bildirilib ki, bu restoranın Vidadi Zeynalova qətiyyən aidiyyatı yoxdur (Həmin məlumatla bu linkdən http://mia.az/w949797/…/ tanış ola bilərsiniz).
Diqqətçəkən məqam budur ki, “acından ölməli deyiləm ki” deyən Vidadi Zeynalovun Türkiyədə şirkətinin olduğu haqda ciddi sənəd yayılıb. Daha doğrusu, onun oğlu Prəviz Zeynalovla, hazırda “Rabitəbank”da filial müdiri olan kürəkəni Nəriman Muradov İstanbulda şərikli biznes sahibləri imiş…
Bu barədə açıqlama verən jurnalist Cavanşir Həsənli bildirib ki, V.Zeynalovun oğlu Pərviz Zeynalovun və kürəkəni Nəriman Muradovun İstanbul Şişlidə şərikli inşaat şirkəti var.

Yeznə-qayınların İstanbuldakı şirkətlərinin Nizamnamə kapitalı 100 min olub. Bunun 75 faizi Pərvizə, 25 faizi isə Nərimana məxsusdur.
Mia.az onu da bildirir ki, Vidadi Zeynalov həbsə girən ana qədər onun oğlu İqtisad Universitetində Həmkarlar Təşkilatının sədri olub. Onu həmin vaxtı vəzifəyə hazırda YAP Səbail rayon təşkilatınln sədri olan keçmiş rektor Şəmsəddin Hacıyev təyin etmişdi. Lakin atasına cəza verildikdən qısa müddət sonra yeni rektor Ədalət Muradov həm onunla, həm də Maliyyə kafedrasında ştatda olan Vidadi Zeynalovun özü ilə yolları rəsmən ayırıb…

Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.

Həmçinin oxuyun

İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. Dövlətimizin başçısı Azərbaycan …