Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / Tofiq Yaqublu Müsavatın başqanlığına namizəd oldu

Tofiq Yaqublu Müsavatın başqanlığına namizəd oldu

Tofiq Yaqublu Müsavat Partiyasının sədrliyinə namizəd olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Yaqublunun özü şəxsi feysbuk hesabında yazıb.

“Müsavat Partiyasının Divanı növbəti qurultayımızın 12 oktyabr 2019-cu il tarixində keçirilməsi haqqında qərar qəbul etdi. Əminəm ki, Müsavat Partiyası bu dəfə də cəmiyyətimizə növbəti demokratiya örnəyi verəcək. Son günlər bir xeyli götür-qoy etdikdən sonra, nəhayət partiya başqanlığına namizədliyimi irəli sürməyə qərar verdim. Uğurlar, Müsavat!”, – deyə, o, qeyd edib.

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …