Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Vahabzadənin generalın üzünə tüpürməsi – Həqiqət

Vahabzadənin generalın üzünə tüpürməsi – Həqiqət

Yazıçı Firuz Mustafa mərhum xalq şairi Bəxtiyar Vahabzadə ilə xatirəsini bölüşüb. Azinforum.az xəbər verir ki, Firuz Mustafa şəxsi Feysbuk səhifəsində paylaşdığı statusda xalq şairi ilə sovet generalı arasında yaşanmış hadisənin tarixçəsinə aydınlıq gətirib: “20 Yanvar hadisələrinə görə Bəxtiyar Vahabzadənin AzTV-nin qarşısında üzünə tüpürdüyü adam Dubinyak yox, Ovçinnikov idi. Amma bəzi jurnalistlər bir az səhvə yol verirlər.

Məsələ burasındadır ki, elə Bəxtiyar müəllim özü də söhbətlərində, habelə, yayımlanan məşhur lentdə Dubinyakın üzünə tüpürdüyünü deyir. Mən bir dəfə (kiçik bir məclisdə) bunu Bəxtiyar müəllimin özünə də dedim. O, mən deyəni təsdiq edib bildirdi ki, nədənsə Ovçinnikovun yox, bu alçaq Dubinyakın adı qalıb yadımda. Mən zarafatla dedim: “Bəxtiyar müəllim, görünür, bu “Dubinyak” adı “Dubinka” sözünə oxşadığına görə daha yaddaqalandır”. O, gülərək “Yəqin ki, elədir”, – dedi”.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın