Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Türkün bayrağı edirilə bilməz, onu öz bayrağım qədər sevirəm…

Türkün bayrağı edirilə bilməz, onu öz bayrağım qədər sevirəm…

Türkiyə bizim üçün qardaş dövlətdir. Bu haqda geniş danışmağa, əsaslandırma aparmağa belə başa düşürəm heç ehtiyac yoxdur. Qan bir olan, amalı və arzuları eyni məslək üzərində qurulan Türkyəni heç bir dövlətlə qarışdıra bilmərik. Açıq ifadə edərəmsə, Türkiyənin gücünü hiss etməsəydilər, bu gün Azərbaycan bəlkə də yox idi. Qardaş ölkə bizi hər zaman gözlərinin bəbəklərini qoruyan kimi qorudu. Türkiyə olmasaydı, başımıza nələr gəlmişdi, onu bir Allah bilir… Lakin bəzən elə konkret vəziyyətlər qarşıya çıxır ki, onu daha da gərginləşdirməmək üçün ağıl və təmkinli münasibət nümayiş etdirməyə çox ciddi zərurət duyulur. Dövlətin idarə edilməsi hiss və duyğuların təkərləri üzərində aparıla bilməz. Bir sözlə, dövlətin fəlsəfəsi mahiyyətinə görə emosyaların fövqündə dayanmalıdır, nəinki ondan aşağıda yer alaraq mənzil başına çatan qatarın kupelərini yır-yığışa tələsən bələdçilər kimi yerə düşmüş qırıntılarla qarnını doldurmağa çalışmalıdır.

P. S. BU AN SORUŞMAĞA HAQLISINIZ Kİ, NİYƏ BU QƏDƏR UZATDIM!? FİKRİMDƏ TUTDUĞUM və MƏNİ İÇDƏN NARAHAT EDƏN SƏBƏBİ NƏ ÜÇÜN DAHA TEZ AÇIQLAYIB SİZİ İNTİZAR İÇİNƏ ATMAQDAN YAN DURMADIM. ÇÜNKİ ÜRƏK DOYARKƏN ONU BOŞALTMAĞA VAXT GƏRƏK…DÜŞÜNCƏLƏRİMƏ HAKİM KƏSİLƏN və MƏNİ QAYALARA ÇIRPIB QANIMI AXIDAN TƏRTƏRDƏKİ UCALDILAN TÜRK BAYRAĞININ ENDİRİLMƏSİNƏ İNSANLARIN GECƏNİN QARANLIĞINDA ETİRAZ ETMƏLƏRİ İDİ. AXI NİYƏ!? AXI NƏDƏN ÖTRÜ NURU PAŞANIN MƏHZ BU BAYRAQLA BAKINI YADELLİ İŞĞALÇILARDAN XİLAS ETDİYİNİ UNUDURUQ!!!! UNUTQAN MİLLƏTİK!!!!

Eldar SABIROĞLU

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …