Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / “Prezident seçildiyimə görə bütün dostlarımı itirdim” – Tramp

“Prezident seçildiyimə görə bütün dostlarımı itirdim” – Tramp

ABŞ lideri Donald Tramp prezident seçildiyi üçün bütün dostlarını itirdiyini etiraf edib.

Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Tramp seçiciləri ilə görüşdə deyib. O bildirib ki, indi dostlarının yerini konqres üzvləri tutub.”Bu posta görə bütün dostlarımı itirdim. Biz birlikdə şam edirdik, restoranlara gedirdik, möhtəşəm söhbətlərimiz olurdu”.

ABŞPrezidenti dostları ilə yeyib-içə bilməməsindən şikayətlənib. O, eyni zamanda spirtli içki qəbul etmədiyini söyləyib.

“Gözlənilmədən mən ABŞ-ın prezidenti oldum. İndi isə onlar mənə zəng edəndə: “Cənab Prezident, cənab, nə vaxtsa görüşmək istərdinizmi?”. Deyirəm: “Rahat ol, məni Donald çağır, 30 ildir məni tanıyırsan”, “Çox sağ olun, cənab prezident”,- deyən Tramp əlavə edib ki, indi dostlarını əvəz edən konqres üzvlərinə güvənməlidir.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …