Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Tovuzun küçələrinə tökülən boruların sahibi kimdir – Fotolar

Tovuzun küçələrinə tökülən boruların sahibi kimdir – Fotolar

Tovuz rayonunun mərkəzində, Eldəniz Quliyev küçəsi 10 ünvanında yaşayan sakinlər hər gün ciddi təhlükə ilə üz-üzə qalırlar. Səbəb məhəllədə yolun ortasında qoyulan kanalizasiya borularıdı. İndi bu borular çoxlarının saxlanc yerinə çevrilib. Ətrafda kafe yerləşdiyindən buradan içkili vəziyyətdə çıxan və evlərinə gedə bilməyənlər də həmin boruların yanında gecələyirlər.

Tovuz rayon sakini Sona Muradova müxbirimizlə söhbətində bildirib ki, həmin borular artıq 3 ildir buradadır: “Bizə dedilər ki, bu boruların qiyməti 500 manatdı. Orda qoyarlarmı? Aparacaqlar”.

Başqa bir rayon sakini Firuzə Məmmədova: “Kafedən çıxan sərxoşu, axmağı buradan keçir. Deyirsiniz dövlətin pulu yoxdu. Yol çəkməyə imkanımız yoxdu. Amma 3 ildi dövlətin pulu burda yatır.”

Sakin Sevinc Qələndərova: ”Evə qonaq gələndə, axşamlar mağazaya gedəndə telefon işıqından istifadə edirik. Boruların arxasında sərxoşlar yatır. Hələ üstəlik kanalizasiya qutularının da üstü illərdi açıqdı, hətta bir dəfə uşağım burada ilan görüb və çəkib”. Sakinlər aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də, onlara cavab verən tapılmayıb. Tovuz rayon Su-Kanal İdarəsindən məsələ ilə bağlı bizim müraciətimizə də cavab verən olmadı. Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə bildirdi ki, məsələdən xəbərdardılar və yaxın günlərdə müvafiq tədbirlər görüləcək.

 

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın