Şənbə , Aprel 27 2024
Ana səhifə / Gündəm / Silah zavodundakı partlayışla bağlı – yeni xəbər

Silah zavodundakı partlayışla bağlı – yeni xəbər

İyulun 26-da Şirvan “Araz” zavodunda baş vermiş hadisənin araşdırılması məqsədilə yaradılan Dövlət Komissiyası öz işini davam etdirir.

Qafqazinfo“ya daxil olan məlumata görə, baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması işlərinə başlanılıb.

Hadisə zamanı xəsarət alan iki nəfərin müalicəsi davam etdirilir.

Bütün bunlara baxmayaraq bəzi kütləvi informasiya vasitələri həqiqətə uyğun olmayan əsassız və qərəzli məlumatlar yayırlar. Bu da heç bir jurnalist etikasına sığmır. Bir daha qeyd edirik ki, məsələ ilə bağlı məlumat yayarkən nazirliyin mətbuat katibliyindən verilən məlumatlara istinad edilməlidir. Əks halda nazirlik öz hüquqlarını qorumaq üçün müvafiq qaydada məhkəmə orqanlarına müraciət edəcək.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın