Şənbə , Aprel 27 2024
Ana səhifə / Gündəm / Sərxoş sürücülərdən alınan cərimə hara gedib?

Sərxoş sürücülərdən alınan cərimə hara gedib?

İqtisadçı-ekspert Qubad İbadoğlu sürücülərdən yığılan cərimələr və sərxoş sürücülərlə bağlı cərimələrin Dövlət Statistika Komitəsinin hesabatında əksini tapmadığını bildirib.

Qafqazinfo” xəbər verir ki, onun sözlərinə görə, avtomobilin sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı avqustda bir gündə 50 sürücü cərimələnib. Bu ilin ilk ayında 9100 sərxoş sürücü ilin ilk 6 ayında ən azı 3 milyon 640 min cərimə ödənilməli idi. Amma ekspert hesab edir ki, nədənsə 6 aylıq hesabatda sərxoş sürücülərdən bəhs olunmur.

DİN Baş Dövlət Yol Polisi İdarəsinin məsələ ilə bağlı yaydığı açıqlamada ekspertin fikirləri təkzib olunub. İdarədən avtosfer.az-a verilən məlumata görə, 6 ay ərzində aşkar edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında, o cümlədən sərxoş sürcülər barədə məlumat hələ iyul ayının 20-də Baş DYP İdarəsinin dyp.gov.az rəsmi saytında yerləşdirilib və istənilən şəxs saytın “Xəbərlər arxivi”nə daxil olmaqla həmin məlumatları əldə edə bilər.

Statistik məlumatlarda göstərilən 40,2 milyon manat vəsaitə gəlkdikdə isə Baş DYP İdarəsi bildirib ki, bu pul tətbiq olunan cərimələrin məbləği deyil, ödənilən cərimələrin miqdarıdır və bu məbləğə ödənişi bu il təmin olunmuş, lakin əvvəlki illərdən qalmış cərimələr də daxildir.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın