Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Rafael Cəbrayılov haqqında yayılmış məlumatların heç bir əsası yoxdur – Arasdirma

Rafael Cəbrayılov haqqında yayılmış məlumatların heç bir əsası yoxdur – Arasdirma

Son vaxtlar bəzi Kütləvi İnformasiya Vasitələrində millət vəkili Rafael Cəbrayılovla  bağlı xoşagəlməz, qərəzli və heç bir həqiqətə sığmayan məlumatlar dərc olunmaqdadır.

Biz redaksiya olaraq,  həmin məlumatları araşdırmaq məqsədi ilə 3-cü və 4-ü çağırış deputat olduğu Binəqədi rayon və hal-hazırda deputatlığa namizəd olduğu Şirvan şəhərində Rafael Cəbrayılov haqqında sorğular keçirtdik.

Araşdırmalar zamanı və bir qrup Şirvanlıların dediklərindən belə qənaətə gəldik ki, , Rafael Cəbrayılov haqqında yazılanlar ancaq şər, böhtan və seçkiqabağı namizədə qarşı aparılan qarayaxma kompaniyasıdır.

Şirvan sakinlərinin sözlərinə görə anonim verilən məlumatların mətbuatda reytinq qazanmaq xatirinə yazılması, jurnalistin redaksiyaya daxil olan məlumatı araşdırmadan ictimailəşdirməsi, 1-ci növbədə KİV haqqında qanuna zidd olmaqla yanaşı, jurnalist peşə fəaliyyətini də pozur. Əlbəttə belə olan halda jurnalist öz hörmət və dəyərini itirməklə yanaşı, ictimaiyyətin də mətbuata olan inamını azaldır.

Şirvanda böyüyən, Şirvanlıların sevimlisi və fəxri olan Rafael Cəbrayılovun layiqli və rəqibsiz namizəd olaraq 1 noyabrda qələbə qazanması cox realdır.

Redaksiya olaraq seçkilərdə Rafael Cəbrayılova uğurlar arzulayırıq.

//Xalqxeber

 

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın