Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Prokurorluq sabiq icra başçısı ilə bağlı araşdırmaya başladı

Prokurorluq sabiq icra başçısı ilə bağlı araşdırmaya başladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ötən həftə Laçın rayon icra hakimiyyətinin başçısı vəzifəsindən xaric edilən Akif Səlimovla bağlı araşdırma başlayıb.

Reyting.az saytına daxil olan məlumata görə, A.Səlimovla bağlı araşdırmanı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparır.

Məlumatda bildirilir ki, araşdırma ilə əlaqədar olaraq, bəzi şəxslərin ifadələri də alınır. Hətta müxtəlif vaxtlarda Laçın rayonunun icra başçısından yuxarı orqanlara şikayət etmiş vətəndaşlar da ifadəsi alınmaq üçün adıçəkilən Baş İdarəyə çağrılırlar.

Məlumatda qeyd edilir ki, hələlik edilən şikayətlər araşdırılsa da, rayonun büdcə təşkilatlarında da yoxlamalara start veriləcək, Akif Səlimov və onun komandasının maliyyə fırıldaqları araşdırma predmetinə çevriləcək.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın