Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / “Park Cinema”da vaxtı ötmüş məhsullar satılır

“Park Cinema”da vaxtı ötmüş məhsullar satılır

Virtualaz.org-un redaksiyasına müraciət etmiş oxuculardan biri “Park Cinema” kinoteatrında vaxtı ötmüş məhsulların satıldığını bildirib. Oxucu yazır ki, “Park Bulvar” ticarət mərkəzində yerləşən kinoteatra daxil olaraq kino bileti və çips alıb. Yalnız sonradan görüb ki, çips üçün sousun istifadə müddəti ötüb.

“Salam. Sizə bu gün qarşılaşdığım hadisə barədə yazmaq istəyirəm. Kino həvəskarı olduğum üçün tez-tez kinoteatra gedirəm. Başqa bir kinoteatrın fəal istifadəçisi olmağıma baxmayaraq, seansın daha uyğun vaxtına görə “Park Cinema”ya getdim və peşman oldum…

Bilet aldım, sonra isə çips almaq qərarına gəldim. Seansın başlama vaxtını gözləyərək kənara çəkildim və çipsləri yemək istədim. Sousu açdığım zaman gördüm ki, onun istifadə müddəti bitib. (Şəkildə özünüz də görə bilərsiniz). “Park Cinema”da vaxtı ötmüş məhsulları necə satmaq olar? Bu haqqı onlara kim verib? Bu suallara cavab mənə qaranlıq qaldı. “Park Cinema”nın işçiləri də cavab verə bilmədilər…” – oxucu yazıb.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın