Şənbə , Aprel 27 2024
Ana səhifə / Gündəm / Ölənlərin adları açıqlandı – Mələyin 17 yaşı olub… + Fotolar

Ölənlərin adları açıqlandı – Mələyin 17 yaşı olub… + Fotolar

Xırdalan şəhərində dəhşətli hadisə baş verib.

Qafqazinfo” Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6 ünvanında qeydə alınıb.

Həmin ünvanda kirayədə yaşayan 5 qız dəm qazından zəhərlənərək ölüb. Onların hamısının tələbə olduğu bildirilir.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.

***

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ölənlərdən ikisi Bakı Humanitar Kollecinin tələbəsidir.

Mələk Abbasova və Turanə Xanlayeva adlı qızlar 2ci kursda təhsil alırmışlar. Mələyin 17 yaşı olub. Digər ölənlərin isə tələbələrin qohumları olduğu deyilir.

***

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru Ruxsarə Əliyeva jurnalistlərə açıqlamasında bildirib ki, ölən tələbələr günorta növbəsində oxuyublar.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tələbələrdən başqa ölən hər 3 şəxs Balakən rayonundan olan Turanə Xanıyevanın qohumları olub. Belə ki, Turanənin xalası onkoloji xəstə olub və Bakıya qızı ilə birgə müalicəyə gəlibmiş. Beləliklə, ölənlərdən ikisi məhz Turanə Xanlayeva xalası və xalası qızıdır, digər şəxsin kimliyi hələ ki, açıqlanmır.

***

Ölən digər şəxslərin adları: 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı, 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızı.

Turanə və Lamiyə Xanlayevalar bacıdırlar.

***

Məlum olub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları evin pəncərəsinin şüşəsini sındırıb, dəstəyi fırladıb onu açaraq evə daxil ola biliblər.

 

Ölənlərin adları açıqlandı -  Mələyin 17 yaşı olub... + Fotolar
Ölənlərin adları açıqlandı -  Mələyin 17 yaşı olub... + Fotolar
Ölənlərin adları açıqlandı -  Mələyin 17 yaşı olub... + Fotolar
Ölənlərin adları açıqlandı -  Mələyin 17 yaşı olub... + Fotolar
Ölənlərin adları açıqlandı -  Mələyin 17 yaşı olub... + Fotolar

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın