Şənbə , Aprel 27 2024
Ana səhifə / Gündəm / “Kabel yayımında bir qrup cibini doldurur, insanlar isə yayımdan əziyyət çəkirlər” – Deputat

“Kabel yayımında bir qrup cibini doldurur, insanlar isə yayımdan əziyyət çəkirlər” – Deputat

Azərbaycanda kabel televiziya yayımı ilə bağlı yol verilən qanun pozuntularına görə cəzaların sərtləşdirilməsi təklif edilib.

APA-nın məlumatına görə, bu təkliflə MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxış edib.

O qeyd edib ki, kabel yayımında bir qrup cibini doldurur, insanlar isə yayımdan əziyyət çəkirlər: “Gecə saatlarında, bir balaca yağış yağan kimi yayım pozulur. Amma vətəndaş problemlə üzləşsə də, məbləği azalda bilməz. Bir balaca ödəniş gecikən kimi yayımı kəsirlər. Burada vətəndaşların hüquqları pozulur. Biz bununla bağlı qanunvericiliyə ciddi müddəalar salmalıyıq”.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın