Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / “İranın fəallaşması Qarabağ məsələsinə müsbət təsir edəcək” – Rusiyalı politoloq

“İranın fəallaşması Qarabağ məsələsinə müsbət təsir edəcək” – Rusiyalı politoloq

Dağlıq Qarabağda müharibə yəqin ki, olmayacaq, ancaq müxtəlif dərəcəli intensivlikdə xoşagəlməz hadisələr, o cümlədən hərbi xarakterli olaylar mümkün və qaçılmazdır. 
Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə “Region” təhqiqat mərkəzinin “Dialoq – beynəlxalq mətbuat mərkəzi” çərçivəsində təşkil elədiyi internet mətbuat konfransında rusiyalı politoloq, Avrasiya inteqrasiyası və Mərkəzi Asiya məsələləri üzrə ekspert Arkadi Dubnov Qarabağ zonasında müharibə ehtimalı ilə bağlı sualı cavablandırarkən bildirib.
“Güman edirəm ki, nüvə məsələsi ilə bağlı sanksiyaların götürülməsindən sonra regionda İranı rolun artdıqca Qarabağ məsələsində də situasiya yaxşı istiqamətə dəyişəcək” – qeyd edib politoloq.

 

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın