Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / İCRA BAŞÇISININ MAŞININDA RƏQS EDƏN XANIM… – FOTO

İCRA BAŞÇISININ MAŞININDA RƏQS EDƏN XANIM… – FOTO

Qabaq oturacaqda oturan xanım açıq-saçıq hərəkətləri ilə ətrafdakıların diqqətini cəlb edib

Bir neçə gün əvvəl Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun xidməti avtomobilinin saatda 180-lə hərəkət etdiyini əks etdirən video yayımlandı. Bu məsələ geniş əks- səda doğursa da, Dövlət Yol Polisi İdarəsi bu məsələnin üstündən sükutla keçdi.

Azinforum.az -ın məlumatına görə, Niyazi Bayramovun xidməti avtomobili bu dəfə reportyor.org-un kamerasına tuş gəlib. Budəfəki kadrlar Bakıda – Tbilisi prospektindən Dərnəgül istiqamətinə gedən yolda çəkilib. Sayt bildirir ki, Mingəçevir şəhər icra başçısının xidməti avtomobilində, salonda qabaq oturacaqda oturan xanım açıq-saçıq hərəkətləri ilə ətrafdakıların diqqətini cəlb edib. Əl-qol hərəkətləri, ucadan oxudulan pop musiqi səsi, gülüş sədaları… Məgər AA seriyalı xidməti avtomobili belə idarə edərlər?

010203

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın