Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Bakı-Tiflis-Qars layihəsin kim ləngidir?

Bakı-Tiflis-Qars layihəsin kim ləngidir?

ABŞ-ın Ceymstaun Fondu (Jamestaun Foundation) Bakı-Tiflis-Qars dəmir yol layihəsinin tikintisinin ləngiməsinin səbəbləri barədə təhlil dərc edib. Virtualaz.org xəbər verir ki, təhlildə bu il fevralın 19-da Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü zamanı BTQ dəmiryol layihəsinin başa çatdırılmasının növbəti tarixi razılaşdırılıb.

Fond xatırladır ki, bu layihə 2007-ci ildə başlayıb və əvvəlcə onun 2010-cu ildə başa çatdırılması nəzərdə tutulmuşdu. Lakin layihənin reallaşmasının gedişində bir sıra problemlər ortaya çıxdı, tikinti dəfələrlə dayandı. Sonuncu görüşdə tikintinin başa çatması və yolun işə salınması tarixi kimi 2017-ci il göstərilib.

“Bu tranzit layihəsinin əhəmiyyətini qiymətləndirməmək çətindir. Hər şeydən əvvəl layihə Türkiyə üçün byük geosiyasi və iqtisadi mənfəət vəd edir. Çünki Ankara Qara dəniz sahilindən başlamış Xəzər dənizinə, oradan Orta Asiyaya qədər regionda öz geosiyasi və iqisadi təsir imkanlarını artıracaq. Azərbaycan da layihədən böyük fayda götürəcək, Türkiyə ilə qərb istiqamətindən qısa əlaqə imkanı əldə edəcək. Gürcüstan isə tranzit ölkə kimi mövqelərini möhkəmləndirəcək, bununla da onun regiondakı geosiyasi əhəmiyyəti artacaq”-təhlildə deyilir.

Lakin layihə heç də regiondakı bütün ölkələrin marağında deyil. Məsələn, Rusiya Türkiyənin bu layihə hesabına regiondakı mövqelərini gücləndirməsini istəməzdi. Layihəni neytrallaşdırmaq üçün Moskva Şimal-Cənub alternativ dəmir yolu bağlantısını irəli sürüb.

“Bundan başqa 2012-ci ildə hakimiyyətə gələn Bdzina İvanişvili dərhal Gürcüstanın Rusiya ilə yaxınlaşması xəttini götürdü və BTQ layihəsi ilə bağlı şübhələrini dilə gətirdi. O, bildirdi ki, layihə barədə qərar tələsik verilib, çünki bu dəmir yolu Qara dəniz sahilindəki Gürcüstan limanlarından yükdaşımalarının həcmini azaldacaq”-Jamestaun Fondu bildirir.

Təhlildə deyilir ki, layihə Rusiyanın satelliti Ermənistana da sərfəli deyil. Təsadüfi deyil ki, Amerikadakı erməni lobbisi bu layihənin maliyyələşdirilməsinin qarşısını almaq üçün maksimum səy göstərmişdi. Əvəzində Azərbaycan Gürcüstana kredit ayırdı və tikinti başladı.

Fondun analitikləri hesab edir ki, bütün ləngimələrə baxmayaraq BTQ-nin tikintisi başa çatacaq. Çünki iştirakçı ölkələr bu işə çox vəsait yatırıblar və çox səylər sərf ediblər.  Ancaq böyük ehtimalla tikintinin başa çatması üçün elan edilən növbəti müddət də özünü doğrultmayacaq. Məqalədə deyilir ki, iştirakçı ölkələr əvvəl yol verilən səhvlərdən nəticə çıxarmalı və tikintini sürətləndirməlidir. Çünki BTQ region üçün doğrudan da mühüm layihədir.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın