Şənbə , Aprel 27 2024
Ana səhifə / Gündəm / Hər il 1 kiloqram həşərat yeyirik: 100 qram şokaladın tərkibində 60 böcək…

Hər il 1 kiloqram həşərat yeyirik: 100 qram şokaladın tərkibində 60 böcək…

Elmi araşdırmalara görə, hər il fərqində olmadan hər bir adam 1 kiloqram həşərat yeyir.

 

İsveçirədə aparılan araşdırmalar nəticəsində meyvə və tərəvəzlər nə qədər yusaq da tamamilə təmizlənmir.

Moderator.az bildirir ki, təkcə tarla və bağçadan topladığımız deyil, marketlərdən aldığımız tərəvəz və meyvələrdə də çox miqdarda böcək qalıqları olduğu məlum olub.

Ancaq, tərəvəz və meyvələrdə böcəkləri yalnız zərərli olaraq görmək düzgün deyil.

 

İsveçli professor,” Həşəratların tərkibində çox sıx protein var. Həmçinin bəzi milçəklərin sürfələrində bol miqdarda yağ var” deyə qeyd edib.

Digər tərəfdən isə ABŞ-dan olan bir qrup araşdırmaçı qida maddələrinin tərkibində olan böcək miqdarının siyahısını hazırlayıb.

Siyahıya əsasən 500 qram çiyələyin tərkibində 4 böcək sürfəsi, 100 qram şokoladın tərkibində isə 60 böcək qalıntısı var.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın