Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / General Nizami Məmmədov həbs olundu… – İndi növbə general Nizam Osmanovundur…

General Nizami Məmmədov həbs olundu… – İndi növbə general Nizam Osmanovundur…

Mediada yayılan  xəbərdən bəlli oldu ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov həbs olunub.
Və  general-mayor hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Nizami  Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
İlkin məlumata görə, Nizami Məmmədov külli miqdarda mənimsəmədə təqsirləndirilir.
Nizami Məmmədovun həbsi bir çox generalların canına  qorxu salıb.
Belə generallardan biri də Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-leytenant  Nizam Osmanovdur.
Qısa məlumat üçün bildirək ki,  44 günlük Zəfər müharibəsindən sonra  bir çox generallar, məsələn, MN Baş Qərargahın rəisi Nəcməddin Sadıkov, general Xaqani Cəbrayılov  ordudan uzaqlaşdırılsa da,  dünən həbs olunan general Nizami Məmmədovu və general  Nizam Osmanovu kimlərsə qoruyub saxlaya bildi.
Hətta  Nizam Osmanov  nazir müavini oldu.
Qısa məlumat üçün bildirək ki, Nizam Osmanov uzun müddət  Nəcməddin Sadıkovun müavini olub və ordumuza qarşı  olan bütün əməllərdə iştirak edib.
Nizam Osmanovun adı nələrdə hallanmayıb.
Bu adam Baş idarənin rəisi kimi həm də zabit və əsgərlərin mənzil təminatına birbaşa məsuliyyət daşıyır.
Ancaq  Osmanov dövlətin ayırdığı milyonlar hesabına zabit və  əsgərlər üçün tikilən binaları, mənzilləri öz şəxsi biznesinə çevirib, JEK-ləri bazara döndərib.
Ordudan qovulan şəxslərə mənzil hədiyyə edib, başqa hərbçilər isə illərlə mənzil gözləyib.
Bu isə uzun illər mənzil növbəsi gözləyən hərbçilər arasında ciddi  narazılığa  səbəb olur.
Bütün bunlar azmış kimi, Nizam Osmanov hərbi hissələrdə  mal-qara, hinduşka  fermaları açıb özü üçün. Hərbi hissələrin həyətində  mağazaları işləyir.
Osmanovun  3-cü mkr  dairəsindəki  kafesi əsl  konfidensial söhbət yeridir, gizli  görüşlər, bəzi MAXE xanımlarla söhbətlər bu kafedə baş tutur.
Cənab Osmanov, əla bilir ki, Azərbaycandakı keçmiş sovet hərbi bazalarının ərazisi kimlərə satılıb ?
Həmin ərazilərdəki villalar kimlərə məxsusdur?
İstintaq  zamanı bütün bu suallara  Nizam Osmanov cavab verməli  olacaq.
Bütün bunlar azmış kimi Nizam Osmanov siyasətə də baş vurur. Və sabiq səhiyyə naziri, hazırda partiya sədri Əli İnsanovla yaxın dostdur.
Yəqin ki, Nizam Osmanovu yaxın günlərdə  ciddi  sorğu-suala tutacaqlar. Hətta həbsi də gözlənilir.
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …