Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Bəzi avtomobillər bahalaşa bilər – VİDEO
Salesman handing over car keys in dealership

Bəzi avtomobillər bahalaşa bilər – VİDEO

Azərbaycanın avtomobil bazarında bahalaşma yarana bilər.

Ekspertlər hesab edirlər ki, hazırda Azərbaycana gətirilən avtomobillərin müəyyən bir hissəsi Rusiya və Ukrayna zavodlarında yığılırdı. Buradan gətirilən avtomobillər 1000-2000 manat daha ucuza başa gəlirdi. Lakin son günlər Avropanın bir çox avtomobil şirkətləri Rusiyada zavodlarında istehsalı dayandırıb. Ukraynadakı vəziyyətin isə nə vaxt normallaşacağını heç kim proqnozlaşdıra bilmir. Baş verən bu proseslər Azərbaycanda maşın bazarına da öz təsirini  göstərəcək.

İqtisadçı-ekspert Xalid Kazımlı da hesab edir ki, adı çəkilən ölkələrdə yaşanan problemlər Azərbaycanda avtomobil bazarına təsir edəcək.

Ekspert vurğulayıb ki, Rusiyaya tətbiq olunan sanksiyaların müddətindən asılı olaraq bahalaşma davam edə bilər.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …