Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Film kimi olay: öldürüldüyü deyilən qız evə necə qayıtdı? – ŞOK TƏFƏRRÜAT

Film kimi olay: öldürüldüyü deyilən qız evə necə qayıtdı? – ŞOK TƏFƏRRÜAT

Tovuz rayonunda yoxa çıxan 21 yaşlı qızın 3 gün sonra qeyri-adi şəkildə tapılması böyük maraq doğurub. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Əyyublu kənd sakini, 21 yaşlı Məhərrəmova Zülfiyyə Nizami qızı ata babasına məxsus olan və heç kimin yaşamadığı tikilidən tapılıb. O, 4 gün əvvəl yaşadığı evdən çıxaraq 250-400 metr məsafədəki həmin evə sığınıb.

Gənc qızın evdən niyə qaçmasına gəlincə, məlum olub ki, bir neçə gün əvvəl onun özündən 1 yaş kiçik olan qardaşı Anar Məhərrəmov evdən sevgi məktubu tapıb. Gənc oğlan məktubun bacısına məxsus olduğunu görüb və Zülfiyyəni döyüb. Daha sonra isə A.Məhərrəmov evdən çıxıb. Qardaşının evə qayıdandan sonra onu daha pis döyəcəyindən, evdə söz-söhbətin böyüyəcəyindən qorxan qız qaçmaq qərarına gəlib və evdən çıxıb.

Hadisə ilə bağlı polisə ilkin məlumat daxil olandan sonra evə baxış keçirilib və mənzildə qan damcıları tapılıb. Bu fakt gənc qızın qardaşı tərəfindən öldürülməsi şübhəsini artırıb. Lakin Z.Məhərrəmova tapılandan sonra onun qol nahiyəsində kəsik aşkarlanıb və məlum olub ki, o, evdən qaçmazdan əvvəl intihara cəhd edib. Həmin vaxt qız fikrindən daşınaraq evdən qaçmağı üstün tutub.

O da bildirilir ki, gənc qızın itkin düşməsindən sonra Eyyublu kəndində çoxlu söz-söhbətlər yayılıb. Qızın qardaşı tərəfindən öldürülməsi və kənd qəbiristanlığında basdırılması barədə şaiyələr yayılıb. Lakin polisdə ifadə verən A.Məhərrəmov dəfələrlə bildirib ki, bacısına bir-iki şillə vurmaqdan başqa ona heç nə etməyib.

Hazırda Z.Məhərrəmova həkim nəzarəti altındadır və ona sakitləşdirici iynələr vurulub.

*****

10:11

Tovuzda 3 gün əvvəl yoxa çıxan 21 yaşlı qız tapılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Əyyublu kənd sakini, 1995-ci il təvəllüdlü Məhərrəmova Zülfiyyə Nizami qızı tapılaraq bu gün səhər ailəsinə təhvil verilib.

Məlumata görə qız evlərinin yaxınlığında yaşayış olmayan tikilidə gizlənirmiş.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparırlar.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın