Şənbə , Aprel 27 2024
Ana səhifə / Gündəm / DYP-nin “Zarat” postunda Məmmədrzayevlərin maraqlı iş prinsipi- “Salam vermək üçün saxladım”+VİDEO

DYP-nin “Zarat” postunda Məmmədrzayevlərin maraqlı iş prinsipi- “Salam vermək üçün saxladım”+VİDEO

Sosial şəbəkələrdə  DYP-nin “Zarat” postunda yaşanan bir biabırçı səhnənin  videosu yayılıb. Azinforum.az sözügedən kadrlarda əks olunan  mənzərə ilə bağlı ətraflı məlumat əldə edib. Videoda belə bir situasiyanın yaşandığı əks olunur ki,  DYP inspektoru sürücünü saxlayır, lakin ona yaxınlaşandan sonra, avtomobilə hərəkət etməyi əmr edir. Sürücü  hansı səbəbdən saxlandığı ilə marqlandıqda, inspektor deyir: ” bir  dayday  kimi, səninlə salamlaşmaq istədim” . Bir az hərəkət edəndən sonra, sürücü harada saxlandığını və oradakı  DYP işçilərinin iş prinsipi barədə məlumat verir. Azinforum.az-ın əldə etdiyi məlumata görə, sözügedən videonu lentə alan şəxsin adı Vüqardı və o,  indiyə kimi DYP işçiləri ilə bağlı bir çox sensasiyalı videomaterialları ictimailəşdirib. Onu postda saxlayan inspektor isə  kapitan rütbəli Məmmədrzayev Əmirxandır. Uzun müddət həmin postda çalışan və belə işlərdə təcrübəli olan Əmirxan müəllim böyük ehtimalla Vüqarı tanıdığı üçün, onu dilağız edərək yola verərək  buraxır. Zənn edək  ki, bu vəziyyətdə Vüqar yox, başqa heç kimin tanımadığı bir sürücü olaydı,  məlumdur ki, Əmirxan müəllim onu ətraflı profilaktikadan keçirmədən, sadəcə salamlaşmaqla buraxmazdı. Azinforum.az olaraq bildiririk ki,  videoda əks olunan Məmmədrazyev Əmirxan məhz həmin postun rəis müavini olan Məmmədrzayev Vüsalın doğmaca əmisidir. Yəni qardaşoğlu ilə əmi eyni postda xidəmət aparırlar. Qeyd edək ki, sözügedən post barədə mediada vətəndaşların  incidilməsi ilə bağlı   çoxsaylı şikayət məlumatları yer alıb.

Yazıda adları çəkilən vətəndaşların da mövqeyini dərc etməyə hazırıq.

Azinforum.az

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …