Şənbə , Aprel 27 2024
Ana səhifə / Gündəm / DTX yoqa kursları açdı – FOTOLAR

DTX yoqa kursları açdı – FOTOLAR

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin Şəhriyar adına Mədəniyyət Mərkəzində yoqa kurslarının açılış mərasimi keçirilib.

Kurslar sabahdan işləməyə başlayacaq. DTX əməkdaşları bu kurslarda yoqa ilə pulsuz, qalan vətəndaşlar isə pullu əsasda məşğul ola biləcəklər.

Açılış mərasimində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev çıxış edib.

DTX rəisi ümidvar olduğunu bildirib ki, DTX əməkdaşları və sadə vətəndaşlar yoqa ilə fəal məşğul olacaqlar və bu onların sağlam həyat tərzi keçirmələrinə imkan yaradacaq.

Sonra mərasimdə Hindistanın Azərbaycandakı səfiri Sandjay Rana çıxış edib. O, yoqanın təbliği üçün Azərbaycan hökumətinə və DTX rəhbərliyinə təşəkkürünü bildirib.

Hindistan səfiri həmçinin ümid etdiyini bildirib ki, azərbaycanlıların çox hissəsi sağlam həyat tərzini seçəcək.

Azinforum.az

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …