Kanalın Strateji İnkişaf, Marketinq və Media direktoru İsmayıl Həsənov AzNews.az-a açıqlamasında bildirib ki, aparıcı Elgiz Əkbərin verilişində yaşananlarla bağlı heç bir xüsusi iclas olmayıb: “Səhər-səhər” verilişinin çəkilişi zamanı aparıcı ilə qonaq arasında müəyyən anlaşılmazlıq olub və gərginlik yaşanıb. Sonradan məsələ öz həllini tapıb. Burda böyüdüləcək bir şey yoxdur. Bazar ertəsi adı çəkilən veriliş Elgiz Əkbərin təqdimatında yayımlanacaq”.

Qeyd edək ki, ötən gün ARB kanalında “Səhər-səhər” verilişinin çəkilişi zamanı aparıcı Elgiz Əkbərlə Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağının kordinatoru Vasif Akifli arasında qalmaqal yaşanıb. Aparıcının təhqiredici fikirlərinə dözə bilməyən qonaq verilişi tərk edib.