Şənbə , Aprel 27 2024
Ana səhifə / Gündəm / Bakıda “Ucuzluq” adı altında maxinasiya – İDDİA

Bakıda “Ucuzluq” adı altında maxinasiya – İDDİA

“Ucuzluq” adı altında fəaliyyət göstərən bu mağazaların məqsədi guya ki, kasıb təbəqəyə qismən keyfiyyətli malların təqdim edilməsidir.
Amma deyir sən saydığını say, gör bu ad altında insanları səliqəli aldadan “biznesmenlər” nə sayır.
Ümumiyyətlə, Azərbaycanda hər yerindən qalxan özünə sahibkar, biznesmen deyib vətəndaşları soymaqda mahirdir.
Necə ki, Xətai metrosunun yaxınlığında açılan “Univermaq UCUZLUQ”un rəhbərliyi edir. “Otxod” malların satışı ilə məşgul olan bu univermaq rəhbərliyinin məqsədi ancaq insanları soymaqdan, aldatmaqdan ibarətdir.
Əcəba, ucuzluq adından istifadə edərək adi 24 vərəqlik dəftəri 70 qəpiyə satmaq ucuzluqdurmu?
İt ağzından çıxmış, çəki ilə hansısa ölkədən kilo ilə alıb Bakıda çox baha qiymətə insanlara sırımaq biznesdirmi? Bu da çox “maşennik”likdir. Necə ki, bunu edirlər.
Yaxşı bəs Dövlət Gömrük Komitəsi hara baxır? Bu məhsulların nə qədər təhlükəli olduğunun fərqinə varan varmı?
“Ucuzluq” Univermaqlarda sadəcə “otxod” və daha təhlükəli paltarları, oyuncaqları olduqca baha satırlar.
Bu barədə geniş araşdırma yazısı yaxın günlərdə…
Məlumat üçün bildirək ki, ‘Ucuzluq’ adı altında fəaliyyət göstərən bu mağazalar fərqli məmurların nəzarətindədir. Bu isə o deməkdur ki, bu işdə xeyli pul var. Daha doğrusu, HARAM PUL…
bizimxeber.az

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın