Şənbə , Aprel 27 2024
Ana səhifə / Gündəm / Bakıda qumarxanadan – Gizli video

Bakıda qumarxanadan – Gizli video

Bakının Binəqədi rayonunda şıdırğı loto oyunu aparılan məntəqədən gizli çəkiliş edilib.

Azinforum.az xəbər verir ki, 7-ci mikrorayon, 1260-cı keçid, 69 a ünvanında “VİP CLUB”da gizli kazinonun video görüntüləri yayılıb.

Yutub sosial şəbəkəsinə yerləşdirilən kadrlarda açıq şəkildə loto oynanıldığı görünür. Məlumata görə, obyektin sahibi əvvəllər məhkum olunmuş Vüsal Rzayev adlı şəxsdir.

Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə görə, qumar oyunları qadağandır.

 

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın